12 Temmuz 2009 Pazar

Ersan Erel, DÜŞÜNCƏ BAĞIMLILIĞINDAN, DÜŞÜNCƏ BAĞIMSIZLIĞINA DOĞRU GÜNEY AZƏRBAYCANIN ULUSAL HƏRƏKƏTİ

İranda seçgilərdən sonra patlaq verən olaylar, Güney Azərbaycanın ulusal hərəkətinə də güzgü tutdu. SSSR dağılandan sonra dünyada sol axınlar öksüz uşaqlar kimi bütünüylə başsız qaldılar. Özdəksəl (madi), tinsəl(mənəvi) açıdan sifira endilər. Bağlı qutularda gələn düşüncə qaynaqları bütünüylə yox oldu. Bir sözlə bütün alanlarda güc itirdilər. Ancaq bunların dünyada son yüzildə toplum içində az da olsa düşüncə dayaqları vardı. Bu azacıq dayaqlara söykənərək özlərinin düşüncə yaşamlarını sürdürə bildilər. İranda olan sol axın da o öksüsüz talei yaşadı. Ancaq bu sol axının içində özlərini yeniliyənlər(Türklər), son 20 ildə Güney Azərbaycanın ulusal hərəkətinə qoşuldular. Bir çoxları içdənliklə bu hərkətdə özveriylə çalşdılar. Ancaq bu hərkətə siyasal alalama (istitar) üçün gələnlərin gerçək kimlikləri bir hava dəyişimiylə orataya çıxdı. Siyasal özqıyımdan(intahardan) qurtulan bu kəsim, qururu oynanmış bir insan kimi etgənlikdən, edilgənliyə sürükləndilər. Bu kəsim insanlar bəlli bir düşüncənin bağımlısı olduqları üçün, sürü biçimində hərəkətə məhkumdular. Bu açıdan dünyagörüşləri dar bir düşüncə qalıbından qaynaqlanırdı. Gənəldə qarşılarında olan düşüncələri yersiz ağır qarlamalarla sırdan çıxatmaq istərlərdi. Ağızlarında yersiz siyasal sözcüklərin böyklükləri arxalarında savaddan, istəncdən (iradədən) yoxsun bir qoyun sürüsünün yaranmasına nədən olmuşdur. Bu nədənlə əskidə olduğu kimi, çağımızda da sürü biçimində hərəkət edirlər. Bildiyimiz kimi çağımızda gəlişmiş toplumlarda, bireylərin (fərdlərin) düşüncə özgürlükləri insanın özgür istənicini yasalara yansıtmaqdadır. Bu yaslarda toplumun bireylerinin bütün kəsimlərdə yer alma olanaqlarına heç bir qısıtlama qoşulu qoyulmur. Bir işçi, bir süpürgəçi bir akademikle eşit haqlarda parlament seçgilərine adaylığını qoya bilər. Toplumun bütün bireyləri çeşitli alnlarda eşit haqları paylaşır. Bununla bir akademik ad bireyin özgür sözünü önləmək yetgisini əlində tutmur. Ancaq bizim sosyal paylaşımdan yana olan solçularımız, geçən yüzildə yalnız sosyal paylaşım deyil, söz özgürlüyünə belə qısıtlma gətirirdilər. İndinin özündə belə sürü biçimində söz özgürlüynə yalnız sayqı deyil, çeşitli qaralamalarla basqı edirlər. Sol yazını İranda bütünüylə qurmadır(montajdır). Qurma olduğundan dolayı, bu yazın toplum içində ürətici yox, tükətici olmuşdur. Bu nədənlə toplumun bütün qatmanları içinə girə bilməmişdilər. Qurma yazının özəlliyində olduğu kimi uzmanlar deyil, uzman görünümndə olan qurmaçılar yetişdirmişdir. Bu qurma maşınının tanıtımın aparanlar isə bütünüylə , toplumun istəkləriylə gərəksimlərini başa düşmədən, sürü biçimində çalışırdılar. Bunun sonucunda da qurma işlikləri (fabrikaları- Partiylardan söz gedir) işçilərini sürü biçimində yersiz soluqanlarla donatıb, meydanlara tökürdülər. Mənim burada ərəyim solların düşüncələriylə deyil, bu düşüncənin mekanizmasının yanlış yerdə, uyğunsuz zamnada uyğulanmasıyladır. Yalnış yerdə, doğru olmayan çağda yersiz yatırımların sonunun boşa cıxacağı aydın olduğu kimi, sözü gedən bu axın da iflasa uğradı. Bu axının ürəkliləri, bilgililəri yanlış yatırımın olduğunu anladıqda, gerçəklərə üz tutdular. Öncə dediyim kimi bir çoxlar ürəkdən bilikli olaraq güney Azərbaycanın ulusal axınına qoşuldular. Ancaq siyasal özqıyımdan bu axına qoşulanlar, içdən olmadıqları üçün çeşitli durumlarda ulusal hərəkətdən geçmiş borcları üçün yararlanmağa çalışdılar. Bu fürsətçı sürü kəsimi illər boyu uyğun olmayan soloqanların arxasınca qaçdıqları üçün, əllərinə yeni fürsətlərin dşüdüyünü yaxşı dəyərləndirmək istirdilər. İranda son seçgilər bu fürsətçi sürünün yönünün yenə əski cığırlar olduğunu göstərdi. Evrənsəllikdən danışan bu kəsim, nə yazıq Firdosinin 1000 il bundan qabaq çizdiyi xəyalı siyasal İran sınırların içində tutuqlu qalmışdılar. Montaj düşüncələri yalnız bu sınırlar içində olduğundan dolayı, qol qanadlarını birey özgür insanca deyil, sürücə bağlı biçimdə davaranışa hərəkət etdirirlər. Ancaq bu siyasal axınının hardasa yüz ilə yaxın bir yazını olduğu üçün, Güney Azərbaycanın ulusal hərəkətinə görə bəlli məhkum sözcük davarcıqları varsaldır. Şeyx Nəsrullahca bu varsallıqdan toplumun gözlərini bərətmək üçün cinayət edərcəsinə yararlanırlar. İşlətdikləri sözcüklər əzbər olduğundan dolayı, tümcə yapıları belə çox yerdə yükləmsizdir. Ancaq yabancı donatımıyla pozlanan bu tozlanmışlar, gerçəkləri görmədən yenə donkişotcasına, bitiklər gərəyi hər herə saldırırlar. Bildiyimiz kimi İranın geçmış başbakanı olan Mir Hüseyn Musevi, bu diktador devlətin ayaqda durmasında illər boyu özveriylə çalışmışdır. Onun dönəmində çox qorxunc insancıl cinayətlər baş vermişdir. Devlətin içində gedən iç hesablaşmalar sonucu, eski başbakan cumhurbaşqanlığı seçimlərinə yumuşalmalar soloqanıyla ortaya çıxdı ( Xatemi kimi). Bundan sonra ayılar kimi qayalar altında kölgələnən sürülər, əski düşmən gördükləri admın səsdaşı oldular. Bir anda bütün qarşı güclər birləşmə gərəyi gördülər. 20 ilə yaxın Güney Azərbaycanın ulusal hərəkatı yüzlərlə ölü, minlərlə dustaq verdi. Azərbaycanın bu ulusal savaşının yanında olmaq bir yana, bu savaşı boğmaq üçün belə İran devlətiylə iş birliyinə hazır olan muxalif güclər vardı. Bütün Fars sol qurumlarıyla sağçıları da devlətlə əməkdaşlıq etdiklərini hər fürsıtdə vurğulurdular. Ancaq Azərbaycanın ayıq ulusu bu kəz bu sinsi oyuna aldanmadı. Onlar bunun Molla Nəsrətdinin yorqanı məsələsi olduğunu anlamışdılar. Bu nədənlə biz artıq öz işimizi özümüz bağımsız olaraq görəcəyik deyirdilər. Özlərini gənəl İran siyasal qurumlarına boşlu bilən sürü kəsimi isə, yenə Azərbaycanın ulusal hərkətini yox etməyə çalışırlar. Ancaq bunun “ Üzü yuxarı Tüpürcək” olduğunu bilməniz gərəkir. Bu son yüz ildə məşrutədən bu yana Farslarla hansı ortaq bir siyasal hərəktdə istəklərimizi ala bilmişik? Bu son yüz ildə onlarla iş birliyində içdən olduqlarının bənzəri (analoqu) varmi? Olmaya məşrutənin beynilərindən olan S, Təqizadə kimi biriləri də də məclis kürsüsünə qalxma sözü almışlar ? Mən bu kəsimi insanların Farslarla iş birliyinə inandıqlarında neçə nədən görürəm. Birincisi bunlar bütünüylə Farsların uyduruq tarixləri qarşısında qurursuzlaşmışlardır. Bu nədənlə Türk sözünü işlətməkdə gücənərlər. İkincisi bildikləri, siyasal, toplumsal bilgilər Fars qaynaqlı olduğundan, Türkcəyə dönərkən savadsızlaşma qorxusudur. Gənəldə bu kəsim insanlar Türkcə doğru düzgün yazmaq başarmırlar, öyrənməyə də ərinirlər. Bunlar gənəldə Güney Azərbaycnın ulusal yazınından çox bilgisizdilər. Üçüncüsü geçmiş siyasal yatırımlarının irançılıq olduğudur. Bu yatırımın ortaqlarının yanında ikinci sinif muamiləsi gördükləri üçün, məmurluq davranışından qurtula bilmirlər. Bunların burdan qurtulmaları özü bir insanlıq savaşıdır. Artıq bu kəsim insanların “Son gözəlləri” yaşlı çağlarını yaşırlar. Bu nədənlə onların ortaya atdıqları bütün siyasal terminlər zaman aşımına uğramışdır. İranda alışdıqları siyasal nostaljilərə gerçəkləri qurban vermək məntiq dışı gərək. Artıq Güney Azərbaycan Türkü bu bağımlı kəsimdən qurtulmuş sayılır. İndi Güney Azərbaycanın çağdaş gəncliyi, daha özverili, inancla, bağımsız olaraq özünün ulusal istəklərini əyilməz istənclə istəməkdədir. İranda son olaylarda səsizliyi bunun göstərgəsidir. Güney Azərbaycan gəncliyi özünün bağımsız düşüncəsiylə , öz ulusal istəkləri uğurunda dönülməz yola baş qoymuşdur. Onları bu yoldan heç nə azdıra bilməz. Çün, onlar etdikləri işlərin bilincindədilər. Onların düşüncələri özgələrin montajları deyil, Savalanın, Səhəndin, qaflantının... dğal qaynaqlarının ürünüdür. Bu bağımsız düşüncə o yurdu bağımsızlığa götürəcəkdir. Ərsan Ərel

Hiç yorum yok:

Yorum Gönder