AMDT-enin DIŞ KOMİTƏSİİstiratejik Araşdırma QoluDirǝniş Sǝsi sayı 4 Mart 2007
Güney Azərbaycan Milli Hərəkəti və Azərbaycan Türkçülüyü açısından Türkiyə’nin önəmi çox böyükdür. Türkiyə istər siyâsi, istər eķonomik ve istər əsgəri baxımdan Türk Dünyasının ǝn böyük və ǝn güclü ölkəsidir. Uzun illər Türkiyə dünyada Türklüyün tək təmsilçisi olmuşdur və bugün belə dünyada böyük ölçüdə Türk adı Türkiyə ilə eşit tutulmaqdadır. Batı Türklüyünün iki ana parçası olan Azərbaycan və Türkiyə coğrâfi olaraq yan yana olduqlarından jeopolitik olaraq bir birlərinə çox önəmlidirlər. Azərbaycan Türkiyə’nin Türk Dünyasına çıxış yolu ikən Anadolu da Azǝrbaycan’ın açıq dənizlərə və Batı dünyasına açılan qapısıdır. Azərbaycan və Türkiyə millətləri Oğuz Türklərinin soyundan gələrək Türk toplumlarının içində ǝn yaxşı bir birinin dilini anlayabilməkdədirlər. Bütün pıroblemlər və çətinliklərə rəğmən Türkiyǝ’dǝ Türk milliyətçiliyi üzərinə qurulan bir dövlət var və dış Türklərə dəstək qonusu geçən 100 il içində Türkiyǝ’dǝ ən çox tartışılan qonulardan olmuşdur.
Bütün bu gerçəkləri bir arada diqqətə aldığımız zaman Türkiyə’nin Güney Azərbaycan Milli Hərəkəti və Azərbaycan Türkçülüyü açısından həyâti dərəcədə önəmli olduğu sonucuna varmaq çox rahatdır. Bu nədən ilə Türkiyə’ni hər yönü ilə tanımaq, Türkiyə’nin potensiyalarından nə şəkildə yararlanmağı bilmək və Türkiyə Cumhuriyətinin geçən 80 il içində uyquladığı doğru və yanlış politiķalarından dərs almaq Güney Azərbaycan Milli Hərəkətinin ən önəmli məsələlərinin biri olmalıdır.
...
Yazının devamı: http://www.gunaz.tv/makaleler/turkiye-nin-siyasi-tenlikleri-muadileleri-acisindan-guney-azerbaycan-meselesi-0
Hiç yorum yok:
Yorum Gönder