28 Temmuz 2009 Salı
Ersan Erel, ELƏRKİNİN ANLAMI ( demokrasinin), FEDERALİZMİN YANLILARI (Dündən bu Günə güney Azərbaycan)
Güney Azərbaycanda günümüzdə bağımsız ulusal hərkətə qarşı siyasal görüş kimi, Elərki, federalızm düşüncələri də gündəmdədir. Bu düşüncələr İrançılığa bağlı bağımlı siyasal görüşün bəlirtisidirlər. Bunlar çeşitli alanlarda gənəl İran yönlü düşncələr irəli sürdükləri üçün, bütün siyasal, toplumsal görüşlərində egemən baxış açısının çizgilərndən çıxa bilmirlər. Buna görə iranda ulusların toplum dağılımını (demografi yapını), ekenomi sorunları Güney Azərbaycanın ulusal hərəkətinin sorunları içində yorumlurlar. Bu gün Güney Azərbaycan Türkü bir siyasal xəritə olarq İran devləti sınırları içində yaşır. Ancaq bu devlətin siyasətinin təməlində Güney Azərbaycanın ulusal varlığı düşmənçiliklə qarşılandığı üçün, Güney Azərbaycanlı da doğal olaraq o siyasal sınırların dışında özünə bağımsızlıq istəməkdədir. Bunun üçün tarixsəl gerçəklikləri göz önünə alaraq, bağımlı İrançılıq siyasətindən, bağımsız Azərbacançılıq siyasətinə üz tutmuşdur. Ancaq Bağımlı irançılq siyasətini ilkə edənlər , işlətdikləri siyasal sözlərin anlam bilimini gerçək youmlamadan, qoşullarla öz görüşlərinə haq qazandırmaq istirlər. Bunun üçün birey özgürlüyünü qoşulsuz olaraq yansıdan elərki (demokrası) sözcüyünü, qoşullar içində sınırlı bir federalizm sözcüyülə eşdəyər olaraq yorumlurlar. Elərki yönətimində bireylərin istənclərinə heç bir qoşul gətirilmir. Ancaq Federalizm quruluşunda bir çox qoşullar vardır. Bir sözlə elərki yönətimi bütün birey istəklərinə özgürlük tanır. Ancaq federalızm isə bölgədə olan sorunlardan dolayı qoşullu olaraq yardılır. Federalzimin təməlində güc, elərkinin temelinde isə istənc ( iradə ) dayanır. Bu gün acunda (dünyada ) az örnəyi olan iki federalızm ölkəni göstərərək düşüncə yürütmək olar. Birincisi Amerika Birleşik Devlətləri, bu devlət gücə dayalı acunda sömürgəçilik üçün federalizmi ilkə etmişdir. Bu devlətin içində elərki olsa da, acunda yalnız öz çıxarları üçün elərki adına insanlıq cinayətləri edir. Demək bu devlətin Federal anlayışında bir güc oluşdurub, başaqlarına qarış güc işlətmək vardır. Güc isə elərki anlayışıyla çelişgidədir. Bunun üçün Amerkanın Federal anlayışı güc oluşdurub , başqalarını sömürməkdir. Bu nədənlə Amerkanı elərkil bir devlət görmək yanlışdır. Çün, sömürgə anlayışını elərki anlayışıyla yorumlamaq məntiqə uyğun deyildir. İkinci Federal devlət isə İsveçrədir. Bu devlət də Federalizimi bölgədə olan sorunlardan dolayı bir güc olaraq mənimsəmişdir. Bunun üçün bu devlətin federal yapısında da insan özgürlüyünü qısıtlayacaq olduqca çox qoşullar vardır. Qoşullar üzərində qurulan bir birlik, bireylərin özgürlüyünü qısıtlayir. Bu açıdan federalizmi elərkiylə yorumlayanlar, toplumun bilgisizliyindən yararlanaraq, öz bağımlı dünya görüşlərini xalqı aldadaraq önə sürürlər. Bu da özgürlük adına bilimdən danışan sorumlu insanların, sorumlusuzluq cinayətləridir. Bu insanlar zamansız, məkənsız bağlı olduqları dünya görüşlərini bilimsəl olaraq deyil, siyasal takım olaraq irəli sürürlər. Bu nədənlə gerçək toplumun sorunların görmədən, siyasal baxış açılarıyla çözüm ürətməyə çalışırlar. Monarşı anlayışından takımərkiyə ( oliqarşiyə ) vararaq, bu anlayışı elərki içində yorumlurlar. Bunlar siyasal qurumların dar alanda bölgəsəl profsiyonal izləncələrini (programlarını ) , amatorcasına əvrənsəl siyasətlərin qavramlarına yansıtmaq istirlər. Bu açıdan sözcüklərin topluma yorumlanmasında arasıra teokrat insanlar kimi əba altından sopa göstərməyə sürüklənirlər. Çünkü, o bölgəsəl siyasətlərin bir çox siyasal, toplumsal sözcükləri zaman aşımına uğramışlardır. “ Cumhuriyət impraturluq zamanında gözəldir”, deyimi də bunlar üçün geçərlidir. Bu kəsim insanlar monarşı anlayışından qurtulduqları üçün, qoşullu yaşamı öngörən federalizimi elərki içində yorumlamağa çalışırlar. Federaliz anlayışı Güney Azərbaycanda 20.ci yüzilin başlanğıcında işlənən Ərəb kökənli “İyalət” ( Bu söz Osmanlıda 16.cı yüz ildən bir yönətim sistem olaraq işlənmişdir, sözü isə ərbcədən vilayət sözündən alaraq uydurmuşlar. Kökənsizdir demək olar) sözüylə aşağı yuxarı eşanlamlıdır. Ancaq biz sözlərin Avropa kökəniciliynə qarşı bir az xoşgörülü olduğmuzdan, onları daha çağdaş yaraşıklı görürük. Federalizm öncə iki örnək verdiyim kimi könüllü güce çevrilmək üçün qoşullu bir birlikdir. Ancaq bizim federalizmdən anlayışımız isə qoşullara güclə sürklənməkdir. Bunun bir neçə nədəni vardır. Birincisi Güney Azərbaycan ulusunun qarşısında olan egemən ulusun heç bir kəsimində, güney Azərbaycan Türkünə ilkəl haq tanınmır. Bu açdan egemən ulusun “ Bir ulus, bir devlət”, sərt anlayışının qarşısında yumuşaq siyasət güdülür. Bu siyasəti güdənlər egemən anlayışın zülmünə boyun əyməyi siyasət olaraq görürlər. Acunda bunun örnəklərini eski Yogslaviyanın dağılma sürəcində Serblerin sert tutumunu gördük. Ancaq çağdaş dünya Serblərdən yana olmadığını göstərdi. Bu açıdan artıq dünyada ulusların başqa uluslara qarşı egemənlik anlayışını yalnız insanlar bireysəl olaraq deyil, qurumsal olaraq da mənimsəmirlər. Birləşmiş Millətlər qurumunun yasaları da bu anlayışa qarışdır. İkincisi siyasal görüşlərin İran yönlü olmalarından qaynaqlanır. Son yüzildə İranda olan siyasal görüşlər bütünüylə İran yönlü olmuşlardır. Bu açıdan bu insanların bütünündə bu siyasal qurumlara sevgi borclu olduqları kimi, bilgi borcları olduğu da söz konusudur. Sevgi borclarını salamla kəsdirdikləri yerdə, bilgi borclarından qurtulma da çətinlik çəkirlər. Çün, gənclik dönəmlərinə birikdirdikləri bilgilər, dünyada gedən siyasal dəyişikliklərdən dolayı zaman aşımına uğramışdır. Ancaq uşaqlıqdan aşılanan teokrasının tutuculuq davranışı, bu kəz çağdaşlaşmalarında siyasal yanlışlığa vardırmışdır. Bu açıdan siyasal gerçəkləri görmədən, özəl ilişgiləri siyasal maslarda müzakirəyə çevirirlər. Bu isə bilimsəl deyil, duyğusal ilkəl bir anlayışdır. Çün, siyasal konular gerçəkləri qabsar, onaları görüşlərə sunar. Özəl ilşgiləri siyasal maslarda gənəl müzakirəyə qoymaq, monarışi bir anlayışdan qaynaqlanır. Bu açıdan ilişgilərdən dolayı Federalizm kimi zaman aşımına uğramış somut bir qavramı, sınırsız soyut qavramlı olan elərkiylə yormumlayırlar. Bunlər yaşadıqları siyasal məhkumiyətə çağdaş, bilimsəl haq qazandırmaq istirlər. Ancaq bu ilkəl məntiq artıq bütünü bilikli toplumlarda geçərli deyil. Çün, bilik gənləşdikdən sonra, insanlar daha da özgürlüyün genişliyini düşünürlər. Ünlü Fransız Toplumbilimci (sosyoloq) Raymond Aron deyir: “Elərki rejimlərin Devlətlərə millətlərin birliyini yaradacaq bir görəvi yoxdur. Ola biləcək iş, devlətlərlə ulusların birliyinin, beireylərlə düşüncələr arasında rəqabətə göyüs gərməsidir .” Demək elərkinin görəvi uluslar arasında , eləcə də devlətlərlə düşüncələr arasında ilişgilər qurmaq deyil, bunların bir biriylə olumlu rəqabətlərinə olanaq sağlamaqla, insanların dünya görüşlərini genişləndirib, bilkli olaraq daha çox özgürlük sunmaqdır. Bu baxımdan Federalizmi elərkiylə yorumlamaq da yanlış bilgiləndirmədir. Üçüncü isə iran mərkəzi devlətini zeyifletməyi, ekonomi sorunları önə sürərək federal yapını çözüm olaraq görürlər. Bu baxımdan Farslar dışında İranda olan uluslarla iş birliyinə gedilir. Ancaq Azərbaycanlıların dışında başqa ulusların bu iş birliyinə girişimləri ciddi görünmür. Onlar Azərbaycan Türklərinin ekonomi, fiziksəl güclərinidən yararlanmağı özləri üçün siyaset edirlər. Ancaq sabah iranda uluslar bir birinə düşsələr, kəsinliklə soydaş olduqları Kürdlərlə Bəluçlar Farsların yanında olacaqlardır. Kürdlərin Azərbaycan Türkləriylə iş birliyinə girişimləri isə, bütünüylə yalandır. Nədəni isə bütün Kürdlərin siyasal qurumlarının açıqca Azərbaycanın topraqlarında gözləri olamsıdır. Son yüzildə İranda olan bütün siyasal hərəkətdə Azərbaycanlılardan yararlanmalar, başqalarının qursaqlarını yenə genişləndirir. Bu gün toplumların düşüncələrinin gəlişməsi artıq bir çox siyasal, toplumsal sözcükləri demode etmiş, zaman aşamına uğratmışdır. Ancaq çeşitli nədənlərdən dolayı gerici, tutucu düşüncələr onları sürdürməkdə dirənclidilər. Bunları söz oyunlarında fəlsəfə geyimiylə, səfsətə yaşamına sürüklürlər. Bu gün İran adıyla Federalizm oyununa girişənlər, çalışqanlıq dönəmlərində uduzduqları siyasal qumarın qalanını Azərbaycanın ulusal yatırımıyla oynamaq istirlər. Ancaq son yüz ildə iranda olan siysal olaylara baxıb, heç olmasa Azərbaycanlı oladuqlarından bir az çəkinməlidilər. Onların nə bilimsəl olaraq yorumları, nə də gerçək olaraq görüşləri heç bir nəyə dayanmır. Bu açıdan bir başa Azərbaycan Türkünə dolaylı yollardan qırımçılıq edirlər.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder