2 Temmuz 2009 Perşembe

Günaz.TV-nin Çağırışıyla bağlı, Güney Azərbaycan Qurtuluş Partiyasının bildirişi!

Böyük Azərbaycan Türk Millətinə!

İran adlanan ölkə ilə ilgili hər gün yeni bir senariyo ortaya atılaraq bölgədə yeni hadisələr baş verməkdə, Güney Azərbaycan gərçəyi isə uluslar arası topluma daha da etgili bir şəkildə yansımaqdadır.

İran adlanan yerdə güc dəngələri hər gün yeni bir biçim almaqda, Güney Azərbaycan Türklərinin bağımsızlıq mücadələsi də yeni boyutlara ulaşmaqdadır. Bütün bunlara baxmayaraq Güney Azərbaycan qurtuluş mücadələsində güclü bir milli-siyasi oluşumun yeri boş görünməktədir.

Son günlərdə Günaz.TV-nin öncüllüyündə gündəmə gələn “Azərbaycançı qüvvələr arasında işbirliyi fikri” çox alqışlanmalı və bu fikrin kamu oyuna açılması gərəkən bir məqamdır. Güney Azərbaycanın bağımsızlığı uğrunda çalışan təşkilat, partiya və milli fəalların güclərinin ortaq bir mərkəzdə toplanması ilə milli qurtuluş mücadiləmiz sürət və etginlik qazanacaqdır.

Sözsüz ki, bu həssas dönəmdə etgili, qapsamlı və bağlayıcı qərar alma mekanizminin oluşdurulması ön şərtlərdən biridir. Yalnız belə bir anda, dünyanın güc mərkəzləri ilə sağlam ilişgi yarana bilər. Və görüşlerimizi dünya ictimaiyyətinə çatdırmaq üçün əlverişli imkan yaradar.

Bizə görə, bu iş birliyi söyləmi geniş alanda bütün milli qurumları öz içinə almadır. Belə bir bütövlük dışlayıcı deyil qucaqlayıcı olmaldır. Bu sürəcin bir an başlaması üçün danışıqlara olumlu yanaşan qurum və şəxsiyyətlərin yapıcı bir biçimdə toplanıb fikir alış-verişində bulunmasını ümid edirik. Bu işbirliyinin mekanizminin neçə qurulacağı və sürəci, işbirliyi iradəsini ortaya qoyan qurum və şəxslər arasında gizli müzakirə olduqdan sonra açıqlanacaqdır.

Biz Güney Azərbaycan Qurtuluş Partiyası olaraq bütün gücümüz ilə bu təşəbbüsü dəstekləyir və sürəcin Böyük Azərbaycan Türk Millətinə yeni uğurlar gətirəcəyinə inanır, başarılı olmasını diləyirik.

Güney Azerbaycan Qurtuluş Partiyası

Yönətim Qurulu-2009-06-30

Hiç yorum yok:

Yorum Gönder